Modern.az

İlham Əliyev Tehrana gedəcək?

İlham Əliyev Tehrana gedəcək?

Təhsil

28 Avqust 2012, 22:48

Səudiyyə Ərəbistanının mediası Azərbaycan prezidenti barədə xəbər yaydı

 
Qoşulmama Hərəkatının Tehranda keçirilən zirvə görüşü çərçivəsində avqustun 28-də xarici işlər nazirlərinin iclası təşkil olunub. Avqustun 29-da da davam edən toplantıda Azərbaycan nümayəndə heyətinə xüsusi tapşırıqlar üzrə səfir Yaşar Əliyev başçılıq edir. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu tədbirə qatılacağı əvvəlcədən bəyan olunsa da, son anda o, Tehrana getmədi. Bu gün isə Səudiyyə Ərəbistanının “MENAFN - Arab News” agentliyi adının çəkilməsini istəməyən ərəb diplomatına istinadən bildirilib ki, Tehrandakı Qoşulmama Hərəkatının tədbirində Azərbaycanı məhz İlham Əliyev təmsil edəcək.
Səudiyyə Ərəbistanında media bütövlükdə dövlətin nəzarətində olduğundan bu xəbər xeyli diqqət çəkir.

Azərbaycan prezidenti doğrudanmı İrana səfərə gedə bilər? Bu suala müsbət cavab vermək çətin olsa da, xəbərin də üstündən sükutla keçmək olmaz.

Qeyd edək ki, Azərbaycan prezidenti avqustun 28-də Belarusa rəsmi səfərə gedib.

Elbəyi HƏSƏNLİ


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi