Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 30 avqust-2 sentyabr aralığında Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, qonaqlar avqustun 31-də Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşəcəklər. Avropalı deputatlar Azərbaycanın Avronest PA-da nümayəndə heyəti ilə də görüşəcək.