Modern.az

Bakıda bağlı olan küçə və prospektlərin yeni SİYAHIsı açıqlandı

Bakıda bağlı olan küçə və prospektlərin yeni SİYAHIsı açıqlandı

Təhsil

29 Avqust 2012, 15:14

Təmir işləri və yeni asfalt örtüyünün salınması  ilə əlaqədar olaraq bir sıra yollar bağlanıb

Modern.az  xəbər verir ki, avqustun 29-da Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib.

Belə ki, mərkəz Neftçilər prospektində, Afiyəddin Cəlilov küçəsində, Əziz Əliyev küçəsində, Bülbül prospektinin  Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqamətində təmir işlərinin aparılması ilə əlaqədar olaraq tamamilə bağlanması haqda əhaliyə xəbərdarlıq edir. Bundan başqa Abbas Mirzə Şərifzadə küçəsinin Nazim Hikmət küçəsi ilə kəsişməsindən “Kaktus” restoranı istiqamətində hərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli  olub.

Yasamal rayonu, Qələbə dairəsindən Əsəd Əhmədov küçəsi istiqamətində yol bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli  olub. Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli olduğundan isə K.Səfərəliyeva və Rixard Zorge küçələri bağlanıb. Həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqaməti və Niyazi küçəsi tamamilə bağlıdır.

NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda  tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır. 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi