Dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Məktəbə gedəcək şagirdlər artıq özlərinə lazım olan vəsaitləri almağa başlayıb. Keçən illəri bu vaxtlarda məktəbli formalarının alınmasında izdiham müşahidə olunurdu. Bə bu il necə yenə həmin izdiham müşahidə olunur?
Bakı Tikiş Evinin satış meneceri Etibar Əzimov Modern.az saytına açıqlamasında bildirib ki, artıq məktəbli formalarının alınmasında artma müşahidə olunur. “Düzdür, keçən ilki kimi izdiham müşahidə olunmur, amma məktəbli formasını alanları sayında artım var. Artıq uzun müddətdir təbliğat kompaniyası aparırıq və bu da öz təsirini göstərir”.
E. Əzimov hazırda əsas problemin saxta məktəbli formalarının satılması ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, valideyinlər inamsızlıq o qədər çoxdur ki, onlar fabrikin özündən məktəbli forması almağa çalışırlar.“Bizim ayrı-ayrı yerlər filiallarımız var. Bu fialialları açmaqda məqsədimiz o olub ki, valideyinlər özlərinə yaxın yerlərdən məktəbli forması alsınlar. Amma onlar həmin mağalarımıza şübhə ilə baxırlar və qorxurlar ki, onlar da saxta olar. Ona görə gəlib fabrikdən alırlar. Hazırda burada növbə var, amma daha keçən ilki kimi deyil. Hardasa indi gözləmə zalında 30-a yaxın valideyin var. Bu səbəbdən fabrikin yanında 3 mağaza açmışıq. Onların birində yalnız böyük sinif şagirdləri, digər ikisində isə qarışıq olaraq məktəbli forması satılır”.
Aytən Əliyeva