Modern.az

Bakıda Türkiyənin zəfər bayramı qeyd olunub

Bakıda Türkiyənin zəfər bayramı qeyd olunub

Təhsil

30 Avqust 2012, 10:00

Türkiyənin Azərbaycandakı səfirliyində “Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” münasibətilə rəsmi qəbul təşkil edilib. Modern.az-ın məlumatına görə,  qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan- Türkiyə İş adamları Birliyinin (ATİB) təmsilçiləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Hulusi Kılıç tarixə nəzər salaraq türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. H.Kılıç qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Daha sonra səfir mərhum prezident Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq bu tarixi günü qardaş Azərbaycanda qeyd etməyin böyük qürur doğurduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün problemin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Tədbir Azərbaycan sənətçiləri və Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestr qrupunun ifasında konsert proqramı ilə davam edib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi