Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov İranda Suriyanın Xarici İşlər Naziri Valid əl-Muallem ilə görüşüb. Bu barədə Modern.az-a XİNİN mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, XİN-i Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin Xarici İşlər Naziri Valid əl-Muallem ilə görüşüb.
Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin süverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. Nazir Elmar Məmmədyarov tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.
Modern.az