Bu gün Qarabağ icmasında Ramil Səfərovun vətənə qaytarılması ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli də iştirak edib.
F. Bədəlbəyli öz çıxışı zamanı bildirib ki, o, bir dəfə Budapeştdə R. Səfərov həbsdə olanda zabitimizə baş çəkib: “O zaman mən ona ürək-dirək vermək əvəzinə, o bunun əksini etdi və mənə ürək-dirək verdi. Mən bu insanın nə qədər sağlam biri olduğunu gördüm. O 8 il həbsdə oldu və bu illər onun üçün çox ağır keçsə də, macar dilini öyrəndi, kitablar tərcümə etdi. O gündə 4 saat məşq edir və öz sağlamlığına fikir verirdi”.
Daha sonra Fərhad Bədəlbəyli Avropanın ikili siyasətindən danışıb. Professor R.Səfərovla bağlı arzularını bildirib: “Bu çətin vaxtdan sonra ailə qurmalıdır. Çox gözəl günlər keçirsin. Mən fikirləşirəm ki, o öz batalyonu ilə birlikdə Şuşanı azad edəcək”.
Anar Kəlbiyev