Modern.az

Sabahdan hava soyuyacaq

Sabahdan hava soyuyacaq

1 Sentyabr 2012, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Ümumilikdə isə sentyabrın 04-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi