Nəsimi rayonu ərazisindəki evlərdən birinin tiryəkxana kimi istifadə olunması müəyyən edilmiş və orada olan şəxslər saxlanıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Əliyev evində tiryəkxana təşkil etməsi müəyyən edilib.
Evə baxış zamanı B.Əliyev, Vüqar Orucov və Sevinc Osmanova saxlanılmış, 3 ədəd şprisdə 0,053 qram, 0,58 qram, 0,67 qram heroin məhlulu, B.Əliyevdən 0,72 qram, O.Tağıyevdən isə 0,805 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Modern.az