Modern.az

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

2 Sentyabr 2012, 15:37

Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası 2012-ci il sentyabrın  2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan nəticələri yaxın günlərdə açıqlanacaq.

Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanmış və imtahanın gedişi nəzarətdə saxlanıbdır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıbdır. 

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.  

Qeyd edək ki, qəbul imtahanı Bakı şəhəri ilə yanaşı Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində də keçirilib. 

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi