Millət vəkili İlham Məmmədov bu gün bir qrup nümayəndə heyəti ilə birlikdə İqtisadi Əməkdaşlıq Təşkilatının parlament forumunun yaradılması ilə bağlı müzakirələrdə iştirak etmək üçün Pakistana gedir. Bu barədə deputatın özü Modern.az saytına məlumat verib.
İ.Məmmədov bildirib ki, bu forum gələcəkdə də ölkələrin parlamentlərarası əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq.
“Sentyabr ayının 3-ü Pakistana gedəcəyik. Sentyabrın 4-dən 6-na kimi Pakistanda müzakirələr keçiriləcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatının parlament forumunun yaradılması ilə bağlı müzakirələr keçiriləcəkdir. Və buradan məni ora müzakirələrdə iştirak etmək üçün göndərirlər. Çünki bu forumun gələcəkdə daha geniş parlamentlərarası əlaqə formasında genişlənməsi ehtimalı var. 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılan İqtisadi Əməkdaşlıq təşkilatına bu gün Azərbaycan, Əfqanıstan,Qırğızıstan, Qazaxıstan , Özbəkistan , Tacikistan və Türkmənistanda daxildir. Və Pakistan bu təşkilata çox əhəmiyyət verir. Və təşkilat çərçivəsində öz dövlətlər arası əməkdaşlığını üzv dövlətlər arası əməkdaşlığın genişlənməsi üçün cəhdlər göstərir. Pakistanda Azərbaycan dövləti üçün əhəmiyyətlidir, yəni müstəqilliyimizi ilk tanıyan bir dövlətdir. Ölkələrimiz arasında dostluq , qardaşlıq münasibətləri vardır, beynəlxalq tədbirlərdə Pakistan bizi həmişə dəstəkləyir. Təbii ki, bununla əlaqədar olaraq da təşkilatın parlamentinin forumunun yaradılması təşəbbüsünü Pakistan öz üzərinə götürüb. Və Azərbaycan da bunu dəyərləndirə bilər. Hələ ki, gedirik forumda müzakirəllərdə iştirak edək. Və Pakistan Milli Asamileyasının sədri xanım Femida Mirzə 2011-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının parlament forumun yaradılması ilə bağlı təkliflə çıxış etmişdir. Təklif üzv dövlətlər tərəfindən o cümlədən Azərbaycan respublikası tərəfindən də dəstəklənib. Və bu ilin 4-5 sentyabr tarixində İslamabadda olan tədbirdə bu məsələ ilə bağlı müzakirələr təşkil olunmuşdur. Və forumun yaradılması üzərində irəliləyişin olması üçün müzakirələr keçiriləcəkdir. Və bununla əlaqədar Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq mən ora göndərilirəm”,- deyə İ.Məmmədov qeyd edib.
Şahanə RƏHİMLİ