Modern.az

Sabir Rüstəmxanlı MHP-çilərin toy məclisinə qatılıb

Sabir Rüstəmxanlı MHP-çilərin toy məclisinə qatılıb

3 Sentyabr 2012, 14:52

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı hazırda İstanbuldadır. Sentyabrın 1-də S.Rüstəmxanlı Türkiyənin tanınmış ictima-siyasi xadimlərindən olan keçmiş daxili işlər naziri, Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, Türkiyə Böyük Millət Məclisinin genel başqan yardımçısı Meral Akşenerin oğlunun toy məclisində iştirak edib.

Bu barədə Modern.az-a VHP mətbuat xidməti məlumat verib.

İstambulun tarixi Bəyoğlu sarayında keçirilən toyda Türkiyə Cümhuriyyətinin başbakanı Rəcəb Tayyib Ərdoğan, TBMM-nin genel başqanı Cəmil Çiçək, MHP başqanı Dövlət Baxçalı da daxil olmaqla qardaş ölkənin bir çox rəsmisi, nazirlər, hökumət nümayəndələri, millət vəkilləri, İstanbulun siyasət və mədəniyyət elitası toplanıb. Meral xanımın xüsusi dəvətlisi olan Sabir Rüstəmxanlı və xanımı toyda Türkiyənin bir sıra hökumət nümayəndələri, AKP və MHP yönəticiləri, millət vəkilləri ilə görüşüblər.

Modern.az 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi