Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində təmirdən sonra istifadəyə verilmiş bəzi yolların siyahısını təqdim edib. NİİM-dən Modern.az-a bildirilib ki, Əziz Əliyev küçəsində və Neftçilər prospektində təmir işləri tamamlandığı üçün, yollarda avtomobillərin hərəkəti bərpa olunub. Eyni zamanda Neftçilər prospekti Zərifə Əliyeva küç. ilə kəsişmədən Dalğa Plazaya qədər olan hissəsində təmir işləri tamamlandığı üçün, yol paytaxt sürücülərinin istifadəsinə verilib.
Bundan başqa Yasamal rayonu, Qələbə dairəsindən Əsəd Əhmədov küçəsi istiqamətində və Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqamətində yollar təmirdən sonra istifadəyə verilib. Həmçinin Niyazi küçəsi sürücülərin ixtiyarına verilib.