Macarıstanın paytaxtı Budapeşt şəhərində parlamentin binası qarşısında azərbaycanlı zabit Ramil Səfərovun azad edilməsinə etiraz olaraq ermənilər kütləvi aksiya keçiriblər. Modern.az-ın xarici mətbuata isitinadən verdiyi məlumata görə, nümayişçilər Macarıstan hakimiyyətini tənqid edərək Ramil Səfərovu Azərbaycana verməkdə ittiham ediblər. Onlar bildiriblər ki, təkcə Macarıstanda deyil, Avropanın digər ölkələrində də etiraz aksiyalarını davam etdirəcəklər.
Qeyd edək ki, nümayişdə erməni əsilli sakinlərlə yanaşı, xeyli sayda macar da iştirak edib.
Anar RÜSTƏMOV