Modern.az

Bakıda iki vəzifəli şəxs yol qəzasında həlak oldu

Bakıda iki vəzifəli şəxs yol qəzasında həlak oldu

Təhsil

5 Sentyabr 2012, 10:58

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən axşam Sahil qəsəbəsi ərazisində yaşanıb. Belə ki, 197 nömrəli marşurutun sürucusu Vüsal Əhmədovun idarə etdiyi 10 TF 541 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Qasid Abbasovun idarə etdiyi “Hyundai” markalı 90 DN 045 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə “Hyundai”yın sürücüsü Qasid Abbasov hadisə yerində dünyasını dəyişib. Həmin avtomaşında olan iki sərnişin - Xəzər rayon məhkəməsinin sədri İlham Ağayev və sürücünün həyat yoldaşı Gülnarə Abbasova isə ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ağır yaralı olan Xəzər rayon məhkəməsinin sədri İlham Ağayev orada dünyasını dəyişib.

Qeyd edək ki, “Hyundai”yın sürücüsü Qasid Abbasov Ab.eron rayonu Mehdiabad qəsəbəsinin icra nümayəndəsinin müavinidir.

Faktla bağlı araşdırma aparılır.  

Mail Ağaxanov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi