Avqustun 25-də Xalq artisti İlhamə Quliyevanın Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunması ilə bağlı məlumat vermişdik.
Müğənninin mətbuatla əlaqələndirici Lamiyə Ələkbərqızı Modern.az-a açıqlamasında bildirib ki, hazırda İlhamə xanımın səhhəti yaxşıdır. “Özünü çox yaxşı hiss edir. Bazar ertəsi xəstəxanadan çıxacaq və evə aparacağıq”.
L. Ələkbərqızı müğənnini ziyarət edən ilk sənətçinin Faiq Ağayev olduğunu bildirib. “Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Nüşabə Ələsgərli, Nazənin, Elnur, Natəvan Həbibi, Rəqsanə, Elçin Hüseynov, Cavanşir Quliyev və Fürizə İbadova, eləcə də digər müğənnilər ziyarətə gəliblər”, – deyə, Lamiyə Ələkbərqızı qeyd edib.
Sevinc İltifatqızı