Modern.az

Şairlərin sənəd problemi həll olundu, bu gün Bakıda olacaqlar

Şairlərin sənəd problemi həll olundu, bu gün Bakıda olacaqlar

Təhsil

6 Sentyabr 2012, 10:23

İranda 3 aydan çox həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin  sənəd problemi artıq həll olunub. Bu barədə Modern.az-a məlumat verən Şəhriyar Hacızadənin atası Mail Hacızadə bildirib ki, artıq şairlərin sənəd problemləri həll olunub onlar bu gün saat 11:00-da Azərbaycana qayıdacaqlar.

“Şükürlər olsun ki, Şəhriyar və Fəridin sənəd problemi həll olunmaq üzürədir. Mən bir qədər bundan öncə Şəhriyarla danışdım. O dedi ki, onlar hazırda konsulluqdadır. Saat 11:00-da konsullun müavini Nəriman müəllim öz maşını ilə onları İran Biləsuvarına kimi gətirəcək. Biz də gedib orada onları qarşılayacağıq. Inşallah saat 4-5 radələrində evdə olacaqlar”, - deyə M.Hacızadə bildirib.

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunmuşdular.

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi