Modern.az

“ASALA-nın təhdidlərini nəzərə alıb təhlükəsizlik tədbirləri görülməlidir” - Zahid Oruc

“ASALA-nın təhdidlərini nəzərə alıb təhlükəsizlik tədbirləri görülməlidir” - Zahid Oruc

6 Sentyabr 2012, 11:14

“Bu beynəlxalq reaksiyaların başlıca səbəbi Qarabağ məsələsidir və aşkar şəkildə bütün bu proseslər üzərində ölkəmizə mesaj edirlər ki, konfliktin gələcəyi əsasən, onların iradəsi altında müəyyənləşməlidir. Necə deyərlər, bir fərdi məsələ üstündə Azərbaycan dövlətinin yanaşmasını, addımlarını dəyərləndirmək deyil, daha artıq dərəcədə bölgənin gələcəyi və onun sabahkı arxitekturasının necə duyulması haqqında hökm sahibi olduqlarını bizə göstərmək istəyirlər”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

“Mən bu məsələ üzərində çox haqlı sual etmişdim ki, qoy həmvətənlərimiz görsünlər ki, Zəngilan azad olunsa idi, bizi hansı xarici təsirlər və ya reaksiyalar gözləyərdi? Deməli, regionda formalaşmış status-kvo həmin dairələrə çox sərfəlidir və onlar Qarabağ məsələsi üzərində öz iqtisadi, siyasi çıxarlarını uğurla öz dövlətlərinin faydasına bu illər ərzində götürməkdədirlər. Qarabağ məsələsi zəif bənd oyunun ən mühüm həlqəsidir . Düşünürlər ki, Ramil Səfərov məsələsi Azərbaycanda milli ruhu daha yüksəklərə qaldırır, bu hərbi şəraitə də təsir göstərir, o cümlədən Qarabağ cəbhəsində ermənilərin psixoloji-mənəvi zərbə almasına aparıb çıxarır, bölgədəki gərginlikdən danışarkən, bunu nəzərdə tuturlar. Əslində bilirlər ki, bu hadisə üzərində Ermənistan cəmiyyəti müəyyən bir şok mənəvi ağrıları yaşayıbsa, hiddətini Sarkisyan rejiminin üzərinə bildirir. Müharibə və s. çağırışlar rejimin özünüqoruma və iflasa getməmək, istefadan qaçmaq oyunudur”, – deyə Z. Oruc bildirib.

Deputat qeyd edib ki, bu məsələdə xalqımızın böyük əksəriyyəti bütövlükdə dövlət başçısının yanında oldu: “Amma bunun paralelində çox azlıqda olan və gələcək köçəryanların, sarkisyanların müdafiəsində yer alacaq beynəlxalq layihədə rola layiq görüləcək. Bu insanlar da özlərini göstərdilər. “ASALA-nın son terror təhdidləri, Ermənistan prezidentinin çağırışlarını nəzərə alaraq təhlükəsizlik tədbirləri görülməlidir. Digər tərəfdən, erməniçiliyin həqiqi mahiyyəti dünyaya təqdim etməlidirlər”, – deyə Z. Oruc vurğulayıb.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi