Modern.az

Azərbaycanın xaricdəki səfirləri Bakıya toplaşır

Azərbaycanın xaricdəki səfirləri Bakıya toplaşır

6 Sentyabr 2012, 12:04

Yaxın günlərdə prezident İlham Əliyevin Azərbaycanın xarici ölkələrdəki səfirlərilə görüşü keçiriləcək. İki ildən bir Bakıda keçirilən bu ənənəvi toplantıda adətən, xarici siyasətimizin əsas prioritetləri açıqlanır.

Görüşün nə vaxt və konkret harada keçirilməsini dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə əlaqə saxlayıb.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin Bakıda toplantısı və  prezident İlham Əliyevlə görüşməsi ilə bağlı rəsmi məlumat veriləcək.  


 

Mail Ağaxanov

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi