Modern.az

Azercell-dən yeni kampaniya

Azercell-dən yeni kampaniya

6 Sentyabr 2012, 13:02

 

Azercell Telekom MMC yeni bir kampaniyaya start verib.  “20 GB - 20 AZN” adlı kampaniya  korporativ fakturalı xətt abonentlərinin Mobil internetə olan tələbatının ödənilməsi və iş fəaliyyətinin optimallaşdırılması məqsədilə istifadəyə veirilib.  Bu kampaniya ekskluziv olaraq bütün korporativ fakturalı xətt abonentləri üçün təqdim olunur. Kampaniyanın şərtlərinə əsasən abonentlər hər ay 20 GB internet paketi üçün cəmi 20 AZN (ƏDV daxil) ödəniş edəcəklər.  Bundan əlavə abonentlərə pulsuz olaraq MiFi cihazı da hədiyyə olaraq təqdim ediləcəkdir.  MiFi cihazı vasitəsilə eyni zamanda  5 nəfər  İnternetə qoşula biləcək. Bundan əlavə abonetlər  21 Mb/s-ə qədər sürət imkanından yaralana biləcəklər. Onu da qeyd edək ki,  ilk faktura dövründə abonentlər yalnız 10 AZN ödəniş edəcəklər. Güzəştli kampaniya əsasında abonentlər ən az 10 ay ərzində bu paketdən davamlı olaraq istifadə etməlidir. Kampaniyanın daha bir üstünlüyü isə ondan ibarətdir ki, kampaniya bitdikdən sonra da abonentlər bu paketdən davamlı yararlana biləcəklər.  Digər bir tərəfdən kampaniyaya qoşulan bütün korporativ fakturalı xətt abonentləri üçün 20 GB paketi 20% endirim ilə təqdim olunacaq . “20 GB – 20 AZN” kampaniya üzrə cihazların satışı və stimullaşdırılması Korporativ Satış şöbəsi tərəfindən həyata keçiriləcəkdir.   Məlumat üçün bildirək ki, bu kampaniya yaxın gələcəkdə fərdi abonentlər üçün də təqdim olunacaq.      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi