2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-ci ildə 42-ci Dünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimovun sentyabrın 6-dan etibarən Türkiyəyə rəsmi səfəri başlayır.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K. İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-cı ildə 42-ci Dünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib. Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.
A. Rəhimovun səfəri sentyabrın 9-adək davam edəcək.
Modern.az