SSRİ-də məşhur olmuş “biri bildi, aləm bildi” uşaq filmində baş qəhrəman Denis Koroblyovu oynayan aktyor Sergey Krupenikov həlak olub. Modern.az NTV telekanalına istinadən bildirir ki, velosipedlə gedən Krupenikovu motoskilet vurub.
Sovet uşaqlarının yaddaşında əbədi qalan bu mavi gözlü, kürən Denis Koroblyov Sovet İttifaqının ən məşhur personajlarından idi.
Krupenikov bu məşhur roldan əlavə daha beş filmə çəkilib. İlk sovet döyüş filmi olan “Bahalı oğlan” filmi də ona şöhrət gətirib. Bu filmdən sonra Krupenikovda riyaziyyata həvəs yaranıb və o kinonu tərk edib.
Modern.az