Modern.az

Deputat gənclərlə görüşəcək

Deputat gənclərlə görüşəcək

6 Sentyabr 2012, 17:42

Sentyabrın 22-də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin gənclərlə görüşü olacaq. Bu barədə Modern.az-a İ. Ağazadə məlumat verib.

Deputat qeyd edib ki, bu gənclərlə olan növbəti görüşüdür: “Toplantı Ümid Partiyasının qərargahında keçiriləcək. Bu, gənclərlə olan bir görüşdür. Görüşdə ictimai-siyasi məsələlər müzakirə olunacaq. Gənclər ölkədə baş verən ictimai-siyasi məsələlərlə bağlı suallarını bizə ünvanlandıracaq və biz də öz növbəmizdə, bu sualları cavablandıracağıq,o cümlədən partiyanın fəaliyyəti ilə bağlı da fikirlər səslənəcək”, – deyə İ. Ağazadə bildirib. 

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi