Azərbaycan Macarıstanın göndərdiyi notaya cavab verib. Modern.az-ın məlumatına görə, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
XİN rəsmisi qeyd edib ki, "Notada qeyd edilib ki, Ramil Səfərov Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normalarına uyğun olaraq azad edilib", -
Notada həmçinin qeyd olunub ki, ölkə konstitusiyası Azərbaycan Prezidentinə əfv etməyə görə müstəsna hüquq verir.
"Səfərovun təhvil verilməsi və əfvi Azərbaycan və beynəlxalq qanunvericiliklərə uyğun olaraq həyata keçirilib", - deyə E.Abdullayev açıqlamasında deyib.
A.RÜSTƏMOV