Modern.az

ABŞ şirkəti “Azəri-Çıraq-Günəşli” yatağındakı payını satıb

ABŞ şirkəti “Azəri-Çıraq-Günəşli” yatağındakı payını satıb

8 Sentyabr 2012, 16:21

Şirkətin payını Hindistan alıb

“Əsrin müqaviləsi” üzrə tərəfdaş şirkətlərdən biri olan ABŞ-ın Hess Corp (HES.N) Azəri-Çıraq və Günəşli neft yataqlarındakı 2,72 faizlik payını Hindistanın ONGC (ONGC.NS) şirkətinə 1 milyard dollara satmağa razı olub. Modern.az bildirir ki, bu barədə Röyter  bu gün məlumat yayıb. Məlumatda deyilir ki,  ONGC Videsh ONGCVD.UL  şirkəti ilə alqı-satqı sazişi 2013-cü ilin birinci kvaratalında yekunlaşacaq.

ABŞ-ın Hess Corporation (Hess) şirkəti 1920-ci ildə qeydiyyatdan keçib. Mənziil qərargahı Nyu-Yorkda yerləşir. Qlobal enerji şirkəti olan Hess neft sektorunun iki sahəsində-kəşfiyyat və istismar sahələrində fəaliyyət göstərir. Şirkət neft üzrə  geoloji kəşfiyyat , istehsal, alqı-satqı və nəqli üzrə ixtisaslaşıb. Neft kəşfiyyatı və hasilatı üzrə şirkət Azərbaycanda, Braziliyada, Əlcəzairdə, Çində, Misirdə, Fransada, Liviyada, Norveçdə, Rusiyada, ABŞ-da, Böyük Britaniya və digər ölkələrədə profili üzrə fəaliyyət göstərir.  

ONGC Videsh Limited (OVL) şirkəti Hindistanın Corporation Limited şirkətinin törəmə qurumudur.  Şirkət neft hasilatı və kəşfiyyatı sahəsində fəaliyyət göstərir. ONGC Videsh Limited (OVL) 2011-ci ildə Qazaxstanın milli neft şirkəti olan “KazMunayQaz”la kəşfiyyat işləriinin aparılması üçün müqavilə bağlayıb. 

 

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi