Modern.az

İlham Əliyev Zaqatalaya gedib

İlham Əliyev Zaqatalaya gedib

9 Sentyabr 2012, 15:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala rayonuna gedib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatalaya səfəri zamanı prezidentə Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayonda aparılan yenidənqurma işləri və cari il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Sonra Prezident İlham Əliyev Zaqatalada 750 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib. Ölkə başçısı daha sonra Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib. Prezident məktəbin rəmzi açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılmış şəraitlə tanış olub.

Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış olaraq məktəbdə yaradılmış şəraitdən razılığını bildirib. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Kənd sakini Əhməd Qurbanov göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.  Sonda xatirə şəkli çəkdirilib.

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev Gözbarax kəndində inşa edilən uşaq bağçasının da açılış mərasimində iştirak edib.

Dövlət başçısı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Zaqatala rayonunun Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evdə olub.

Dövlət başçısına məlumat verildi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş evin ümumi sahəsi 241 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilmişdir. Lazımi avadanlıqla təchiz olunmuş, 9 bal gücündə zəlzələyə davamlı yeni evdə dörd nəfərdən ibarət ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıbdır.

Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu, görülmüş işləri yüksək qiymətləndirib. Ev sahibi Mahir Soltanov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi