Modern.az

Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

9 Sentyabr 2012, 21:51

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dab Modern.az-a verilən məlumata görə, nəticələr artıq qurumun saytında yerləşdirilib. Bu linkə daxil olaraq nəticələri əldə edə bilərsiniz – (//tqdk.gov.az/r0809net12/)

TQDK həmçinin imtahan nəticələrinə əsasən, istiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün tələb olunan keçid ballarını açıqlayıb:

Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisasları üçün- baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;

Stomatologiya istiqamətinə aid olan ixtisasları  üçün  - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;

Tibbi biologiya istiqamətinə aid olan ixtisasları üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal;

 Tibbi profilaktika istiqamətinə aid olan ixtisasları  üçün -   baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal

İxtisas seçimi internet vasitəsilə 11 sentyabr 2012-ci il saat 9:00-dan 14 sentyabr 2012-ci il saat 9:00-dək aparılacaqdır. Namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıblar.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə TQDK tərəfindən yaradılmış apelyasiya komissiyasında sentyabrın 10-dan 12-dək baxılacaqdır.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi