Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü tədris ili üçün rezidenturaya keçirilən qəbul imtahanlarında tələb olunan keçid balını toplayan namizədlərin ixtisas seçiminə bu gündən başlanıb. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ixtisas seçimi internet vasitəsilə 11 sentyabr 2012-ci il saat 9:00-dan 14 sentyabr 2012-ci il saat 9:00-dək aparılacaqdır.
Qeyd edək ki, istiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) aşağıdakı kimidir:
Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün- baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;
Stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;
Tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal;
Tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal.
A.RÜSTƏMOV