Modern.az

“.az” sonluqlu 15051 domen adı qeydiyyatdan keçib

“.az” sonluqlu 15051 domen adı qeydiyyatdan keçib

11 Sentyabr 2012, 10:59

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir. Modern.az saytının məlumatına görə, “.az” domen zonasında artıq 15051 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1853, qeydiyyata düşən domenlərin sayı isə 3729-a bərabərdir. Domenlərin böyük əksəriyyəti “.az” (13951) domeninin payına düşür. Həmçinin 641 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.

Sonrakı yerlər aşağıdakı kimidir:

.pro.az           4

.name.az          5

.biz.az           14

.info.az         23

.co.az            37

.pp.az            42

.int.az            44

.net.az           55

.org.az           84

.edu.az         147

“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi