Modern.az

“28 may”da əsas girişin açılışına bir həftə qalır

“28 may”da əsas girişin açılışına bir həftə qalır

11 Sentyabr 2012, 11:50

““28 may” stansiyasının əsas girişi sentyabrın 15-də açılacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov deyib. O qeyd edib ki, “28 may” stansiyasında işlər planlaşdırılmış şəkildə gedir və bu həftəsonu həmin stansiyasının əsas girişinin açılışı olacaq.

Qeyd edək ki, “28 may” stansiyasının əsas girişi 3 ay bundan əvvəl əsaslı təmirə bağlanıb. 3 ay müddətində stansiyada eskalatorların dəyişdirilməsi, onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda əsaslı təmir nəticəsində stansiyanın əsas girişi də yenilənib.
Aytən Əliyeva
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi