Azərbaycanda səfərdə olan ATƏT-ə üzv olan 19 ölkənin səfirləri bu gün Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəklər. Bu barədə Modern.az saytına ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov məlumat verib.
O bildirib ki, ATƏT səfirləri bu gün müxalifət partiyaları və eləcə də Azərbaycanın parlamentdə təmsil olunan siyasi partiyalarının nümayəndələri iə görüşüblər. R.Hüseynov bildirib ki, ATƏT rəsmiləri bu gün spiker Oqtay Əsədovla görüşdükdən sonra Azərbaycana səfəri başa vuracaqlar.
Anar RÜSTƏMOV