Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin dünənki iclasında millət vəkillərinin iştirak etməməyindən gileylənib: “Niyə burada millət vəkilləri yoxdur? Axı burada Bakının təhsil vəziyyəti müzakirə olunur”.
Məsələyə münasibət öyrənmək 13 saylı Xəzər birinci seçki dairəsi deputatı Rauf Əliyevlə əlaqə saxladıq. Deputat Modern.az-a açıqlamasında bildirib ki, bu iclasa dəvət almayıb. R.Əliyev qeyd edib ki, tədbirə dəvət olunsa böyük məmuniyyətlə iştirak edərmiş.
“Iclasda böyük məmuniyyətlə çıxış edərdim. Seçildiyim Xəzər rayonunun məktəblərinin vəziyyətini orada araşdırıb açıqlayardım. Amma çox təəssüflər olsun ki, bu tədbirə dəvət almamışam. Heç bu iddialara cavab verməyə söz də tapmıram. Dəvət olunmadığım üçün bilmirəm konfarns olub-olmayıb. Cənab nazir deyib ki, biz olmamışıq, məktəblərə gedə bilmirik. Nazir buyursun Bakıdan seçilən millət vəkillərini nazirliyə dəvət etsin. Biz də böyük məmuniyyətlə nazirliyə gedib məktəblərin vəziyyətini müzakirə edək”.
Anar Kəlbiyev