Modern.az

Ronaldo Azərbaycan millisinə qarşı

Ronaldo Azərbaycan millisinə qarşı

Təhsil

11 Sentyabr 2012, 13:47
Bu gün "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Modern.az-ın məlumatına görə, Azərbaycanın yığma komandası bu gecə seçmə mərhələdə ikinci sınağına çıxacaq. Millimiz səfərdə qrupun favoriti Portuqaliya millisinin qonağı olacaq. Kriştianu Ronaldo, Pepe, Nani kimi dünya şöhrətli oyunçuların çıxış etdiyi Portuqaliya yığması ilə mübarizə aparmaq yığmamız üçün heç də asan olmayacaq.

Portuqaliya - Azərbaycan oyunu bu gecə Bakı vaxtı ilə saat 00:15-də Braqa şəhərinin “AXA Stadium” arenasında başlayacaq. Oyunu olşalı hakimlər idarə edəcək.

Qeyd edək ki, Portuqaliya yığması millimiz üçün tanış rəqibdi. Prineylilər bundan əvvəl iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Bu qarşılaşmaya  kimi oynadığımız 4 oyunda qapımızdan 13 top buraxmışıq. Bu qarşılaşmalardan yalnız biri komandamız üçün uğurlu olub. Bakıda keçirilən həmin oyun  1:1 hesabı ilə sona çatıb. Digər oyunlarda 7:0, 3:0, 2:0 hesablarıyla məğlub olmuşuq.

Anar Kəlbiyev

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi