Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ukrayna və Bosniya Hersoqovinaya edəcəyi rəsmi səfər öncəsi Esenboğa Hava limanında mətbuata açıqlama verib. Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Ərdoğanı səfərdə xarici işlər naziri Əhməd Davudoğlu, iqtisadiyyat naziri Zəfər Çağlayan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri İsmət Yılmaz, rabitə naziri Binali Yıldırım və digər rəsmi şəxslər müşayiət edəcək.
Səyahətinə Azərbaycanda başlayacağını deyən Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan qardaş iki millət və iki dost ölkədir. “Ölkələrimiz arasında təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası da aramızdakı ortaq mədəniyyət, dil və tarixi əlaqələrindən güc alan əməkdaşlığımız enerji sahəsində strateji bir ölçüyə çatıb”.
Baş nazir Türkiyənin Azərbaycana dəstəyini heç vaxt əsirgəmədiyini bildirib. R. T. Ərdoğan Türkiyənin Azərbaycanla əlaqələrinin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.
Ərdoğna Qəbələ şəhərində təşkil edilən toplantıdan sonra səfərin ikinci günündə prezident ilham Əliyevlə birlikdə tarixi Şəki və Zaqatala şəhərlərini də görə bilmə imkanı əldə edəcəyini dilə gətirib və bundan ayrıca məmnunluq duyduğunu ifadə edib.
Aytən Əliyeva