Modern.az

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib

11 Sentyabr 2012, 16:01

Hər il yeni dərs ilinin ilk günündə Bakıda bir neçə istiqamətdə yollarda böyük tıxaclar yaranır. Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Bəs Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) hansı tədbirlər görəcək?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, həmişə olduğu kimi, bu il də tənzimləmə işləri aparılacaq.
“Həmin gün şagirdlərin məktəblərə getməsi, valideynlərin onları dərsə aparması nəticəsində, şəhərdə bir qədər nəqliyyat sıxlığı yaşanacaq. Amma hər halda BŞDYPİ əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcəklər və lazımi qaydada nəqliyyatın hərəkətini tənzimliyəcəklər”.  

Şöbə rəisi övladlarını məktəblərə aparacaq valideynlərə müraciət edib:

“Valideynlərdən, xüsusilə uşaqlarını nəqliyat vasitələri ilə məktəbə aparanlardan xahişimiz budur ki, intensiv hərəkət olan yolun kənarında yerləşən məktəbyanı sahələrdə avtomobilləri dayandırmasınlar. Bundan başqa, qadağan olunmuş ərazilərdə və yolun ikinci cərgəsində maşın saxlamasınlar. Eləcə də məktəblərin giriş-çıxışında maşını saxlayıb, uşaqlarını məktəbə aparmasınlar. Onu nəzərə alsınlar ki, digər nəqliyyat vasitələrinin də hərəkətinə əngəllər yaranır və süni maneələrin yaranmasına səbəb olur”. 

Anar KƏLBİYEV
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi