Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində inşa edilən 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olub. Modern.az-ın məlumatına görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib. Mehriban Əliyeva təhsil ocağında görülən işlərlə tanış olub.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib.
Daha sonra məktəbin yeməkxanası ilə tanış olan Mehriban xanım Əliyeva burada yaradılmış şərait və səliqə-sahmandan razılığını bildirib. Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirərək burada tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd edib.
Modern.az