Modern.az

Deputat Hacıbala Abutalıbova müraciət etdi

Deputat Hacıbala Abutalıbova müraciət etdi

17 Sentyabr 2012, 15:03

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın III Qurultayının keçirilməsi üçün müvafiq yer ayrılmasıyla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub göndərib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, BAXCP-nin II Qurultayı 2008-ci ildə keçirilib. Yeri gəlmişkən,  bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin iclasında müzakirə olunan ilk məsələ Avropa Parlamentinin Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və əfvi ilə bağlı qətnaməsi ilə bağlı olub. BAXCP İdarə Heyəti Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların məsələ ilə bağlı eyni mövqe sərgiləmələrini və Avropa Parlamentinin qətnaməsilə əlaqədar birgə etiraz bəyanatı qəbul etmələrini alqışlayıb. BAXCP İdarə Heyətində müzakirə olunan növbəti məsələ  partiyanın III Qurultayına hazırlıqla bağlı olub. Partiyanın rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki qurultaylarıyla bağlı Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin müavini Söhrab Abdullayev məlumat verib. Söhrab Abdullayev sentyabrın 17-dək olan müddət ərzində partiyanın 36 rayon və şəhər təşkilatında hesabat-seçki konfranslarının keçirildiyini və indiyədək 497 qurultay nümayəndəsinin seçildiyini bildirib. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin müavini digər rayon və şəhər təşkilatlarında hesabat-seçki konfranslarının oktyabrın birinci yarısında başa çatacağını vurğulayıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi