Daxili İşlər Nazirliyi Amerikanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası ilə bağlı rəsmi açıqlama verib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına açıqlamasında bildirib ki, bir qrup şəxs Amerikanın Azərbaycandakı səfirliyi qarşısında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
“Bu aksiya qanunsuz olduğu üçün cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman aksiyaya cəhd göstərən bir neçə nəfər polis bölməsinə gətirilib, onlarla proflaktik söhbət edilib, gələcəkdə belə bir hadisənin təkrarlanmaması xəbərdarlığı olunaraq sərbəst buraxılıb” deyə O.Mansurzadə əlavə edib.
Qeyd edək ki, bu gün saaat 15:00 radələrində bir qrup dinçi Hz.Məhəmmədlə bağlı çəklilən filmə etiraz əlaməti olaraq Amerikanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib. Dünəndən Facebook sosial şəbəkəsində filmə etiraz edənlərin səfirlik qarşısına toplaşamağa səsləyən çağırışlar yayılırdı.
Aytən ƏLİYEVA