Modern.az

Binədəki zəhərlənmə ilə bağlı rəsmi açıqlama

Binədəki zəhərlənmə ilə bağlı rəsmi açıqlama

17 Sentyabr 2012, 16:54

Baş prokurorluq Binə Ticarət Mərkəzində dünən baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat açıqlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal hadisə yerinə  Prokurorluq, Daxili İşlər, Səhiyyə və digər qurumların əməkdaşları gəlmiş, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilb ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıbdır. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin  pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilibdir.

Hazırda  cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi