Türkiyənin Azərbyacana təyin etdiyi yeni səfirlə bağlı qəribə və maraqlı situasiya yaranıb. Modern.az bildirir ki, Türkiyə İsmayıl Alper Coşkunu hələ fevral ayında Azərbycana yeni səfir təyin etsə də, KİV onun fotosunu əldə edə bilmir.
Bir sıra axtarışlarımza, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytındakı, Baş Bakanlığın rəsmi qəzetindəki internet araşdırmalarımız nəticə verməyib.
Türkiyənin Azərbayacandakı səfirliyinin mətbuat xidməti saytımıza bildirib ki, yeni səfirin onlarda da hər hansı bir fotosu yoxdur. “Bizim özümüz hələ yeni səfirlə görüşmək imkanımız olmayıb”-deyə səfirlikdən bildiriblər.