2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə Modern.az saytına Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib. O bildirib ki, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsi rəhbər tutulmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri 2012-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
Qeyd edək ki, Dövlət büdcəsi Nazirlər Kabinetində müzakirələrdən keçdikdən sonra Prezident Administrasiyasına göndəriləcək. Daha sonra prezidentin imzası ilə Milli Məclisin müzakirəsinə veriləcək.
Modern.az