Modern.az

Daxili İşlər Nazirliyi Lənkarandakı aksiya barədə açıqlama verdi

Daxili İşlər Nazirliyi Lənkarandakı aksiya barədə açıqlama verdi

Təhsil

19 Sentyabr 2012, 13:08

Daxili İşlər Nazirliyi Lənkaranda ABŞ əleyhinə kütləvi etiraz mitinqi keçirilməsi məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına açıqlamasında bildirib ki, Lənkəranda guya Amerika əleyhinə kütləvi şəkildə etiraz mitinqinin keçirilməsi həqiqətə uyğun deyil.

“Həqiqətən də islam peyğəmbəri Hz.Məhəmmədin təhqir edən “Müsəlmanların məsumluğu” filminə etiraz edən bir qrup şəxs şəhərin “Qalayçılar” məscidinə yığışıb. Buna öz etirazlarını bildirib, qətnamə qəbul edib, onu oxuduqdan sonra dağılışıblar. Yəni bu haqda bizim məlumatımız var. Amma məscidin həyətinə 100-lərlə dindarın toplaşması, guya Amerika-İsrail əleyhinə şüarlar səsləməsi həqiqətə uyğun deyil” - deyə O.Mansurzadə vurğulayıb.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi