İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətinin bahalaşması ilə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Modern.az-a verdiyi məlumata görə, çörəyin qiymətində heç bir artım baş verməyib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bazarda nəzarət tədbirləri həyata keçirir. Çörəyin də mühim qida vasitələrindən olduğunu nəzərə alaraq bununla bağlı mütəmadi monitorinqlər aparılır.
“İstehlak bazarında çörək əsas qida olduğundan dövlət tərəfindən bu sahəyə mütəmadi nəzarət tədbiri həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti xidməti vaxtaşırı olaraq o bazarda monitorinq keçirir. Aparılan monitorinqlər göstərir ki, çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb”.
A.Əliyev onu da bildirdi ki, monitorinqlər bundan sonra da davam etdiriləcək.
Gültəkin Ələsgər