“Azərbaycanın təhlükəsizliyinə, milli maraqlarına və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev islamçıların “Müsəlmanların məsumiyyəti” adlı filmlə bağlı Bakıda diplomatik korpusların qarşısında keçirilən etiraz tədbirləri ilə bağlı MTN-in işini şərh edərkən deyib. A.Babayev qeyd edib ki, xarici ölkə səfirlikləri tam mühafizə altındadır və əməliyyat şəraitnə nəzarət olunur.