“CATEL şirkətinin (“Fonex” operatoru) nömrələrinin müvafiq şirkətlər tərəfindən götürülməsinə baxılır”. Bu sözləri Modern.az saytına açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. M. Əmirovun sözlərinə görə, hazırda bu nömrələrin digər şirkətlərə verilməsi ilə bağlı formaların müəyyən edilməsi üçün iş aparılır.
“Bunun nə vaxt həllini tapacağı hələ bəlli deyil. Ev telefonu nömrələrində heç bir problem yoxdur. Problem yalnız mobil nömrələrdir ki, bunun da tez zamanda həll edilməsinə baxılır”.