Modern.az

Afaq Bəşirqızı əməliyyat stolundadır, proses 4 saat çəkəcək

Afaq Bəşirqızı əməliyyat stolundadır, proses 4 saat çəkəcək

26 Sentyabr 2012, 11:38

Tamaşa zamanı halı pisləşən xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı hazırda əməliyyat olunur. Modern.az-a bu haqda aktrisanın oğlu Səmral məlumat verib. Onun sözlərinə görə, əməliyyat 4 saat çəkəcək. 

Qeyd edək ki, Musiqili Komediya Teatrında “7 məhbusə anası” tamaşasından sonra A. Bəşirqızının halı pisləşib. O, təcili olaraq Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib. Aktrisa ürək-damar çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi