Modern.az

Ombudsman Nigar Yaqubluya görə prokurora müraciət etdi

Ombudsman Nigar Yaqubluya görə prokurora müraciət etdi

26 Sentyabr 2012, 15:38

Ombudsmanın nümayəndələri təcridxanada saxlanılan Nigar Yaqublu və Əvəz Zeynallıya baş çəkib. Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə,  Nigar Yaqublu ilə söhbət zamanı o, saxlanılma şəraitindən və onunla rəftardan şikayət etməyib də vəkilləri ilə görüş üçün ona lazımi şərait yaradıldığını, onun üçün gətirilən qəzetlərin alınmasında problem olmadığını bildirib. Ombudsmanın nümayəndələri onun saxlanıldığı kameraya baş çəkib və saxlanılma şəraiti ilə tanış olublar. N.Yaqublu ailəsi ilə görüş üçün işi aparan müstəntiqə müraciətlərinin nəticəsiz qaldığını bildirib və bu məsələnin həllində yardımçı olmağı xahiş edib.

N.Yaqublunun ailəsi ilə görüşməsi üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq imkan yaradılması məqsədi ilə Ombudsman Abşeron rayon prokuroruna müraciət edib.

Əvəz Zeynallı ilə söhbət zamanı o, istintaq təcridxanasında saxlanılma şəraiti və rəftarla bağlı probleminin olmadığını bildirib. Eyni zamanda Ə.Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin gözləmə otağının şəraitindən narazılığını bildirib.

Eyni zamanda Müvəkkil MPM Qrupuna tapşırılıb ki, yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumların gözləmə otağına başçəkmə həyata keçirsin.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi