Modern.az

Əvəz Zeynallının məhkəməsi Gülər Əhmədovaya görə təxirə salındı

Əvəz Zeynallının məhkəməsi Gülər Əhmədovaya görə təxirə salındı

26 Sentyabr 2012, 16:27

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının işi üzrə bu gün keçirilən məhkəmə prosesi təxirə salınıb. Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində nəzərdə tutulan prosesə hadisə şahidlərinin və millət vəkili Gülər Əhmədovanın qatılmaması səbəbindən məhkəmə sabaha təyin olunub.

Hakim bildirib ki, bəzi şahidlər qərəzli səbəbdən məhkəməyə gəlməkdən boyun qaçırdıqlarına görə onların məhkəməyə gətirilməsi üçün məcburi qərar qəbul ediləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) və 311.3.4-cü (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ə.Zeynallı G.Əhmədovanın iddiası əsasında həbs olunub.

Anar KƏLBİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi