"Deputat Gülər Əhmədova və onunla ABU rektoru Elşad Abdullayev arasında vasitəçilik etmiş kitabxana müdiri Sevinc Babayevanın prokurorluqda dindirilməsi xəbəri yalandır".
Bunu
Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O, bildirib ki, Milli Məclisin deputatı Gülər Əhmədova və Sevinc Babayevanın Bakı şəhər Prokurorluğunda dindirilmələri ilə əlaqədar informasiya həqiqəti əks etdirmir.
Qeyd edək ki, verilən məlumata görə, deputat Gülər Əhmədovanın və onunla ABU rektoru Elşad Abdullayev arasında vasitəçilik edən Sevinc Babayeva bu dəqiqələrdə prokurorluqda dindirilir. Bildirilir ki, adları çəkilən şəxslərin prokurorluqda dindirilməsinin səbəbi dünən axşamdan etibarən internet resurslarında yayılan videogörüntülərdəki rüşvətxorluq faktları ilə bağlıdır.
Prokurorluqdan bildiriblər ki, bu barədə əlavə və əhatəli məlumat veriləcək.
Gültəkin Ələsgər