Modern.az

“Yaddan çıxmaz Qarabağ” müsabiqəsinə neçə yazı verilib?

“Yaddan çıxmaz Qarabağ” müsabiqəsinə neçə yazı verilib?

27 Sentyabr 2012, 09:17

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyəti “Yaddan çıxmaz Qarabağ” mövzusunda elan etdiyi müsabiqə  hələ də davam edir.

Rayon icra hakimiyyətinin əməkdaşı, müsabiqənin təşkilat komitəsinin məsul katibi Şaiq Aslanov Modern.az-a bildirib ki,  mövzu ilə bağlı  komitəyə xeyli sayda yazılar və videoçarxlar daxil olub: “Müsabiqə oktyabr  ayının 10-a kimi davam edəcək.  İndiyədək 50-dən çox yazı,   təxminən 15 sənədli film verilib. Bu sənədli filmlər televiziya kanallarında getmiş filmlərdir. Yazılar isə “Respublika”, “Xalq qəzeti” “Təzadlar”, Modern.az və s. mətbuat orqanlarından daxil olub. Hətta İsveçrədə Azərbaycan cəmiyyətinin prezidenti də bizə yazı göndərib. Müsabiqə ilə bağlı olaraq, rəssamlar Qarabağ görüntülərini əks etdirən loqoları da göndərib. Hazırda yazılara müsabiqə üçün yaradılmış işçi qrupu baxır və  müsabiqə bitdikdən sonra münsiflər heyəti həm yazılara, həm də süjetlərə baxacaq”.

Qeyd edək ki,  müsabiqəyə Qarabağ bölgəsinin salnaməsini araşdıran, tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, Qarabağ müharibəsini və digər istiqamətləri əks etdirən məqalələr, telesüjetlər və sənədli filmlər təqdim olunur. 

Qaliblərə pul mükafatı veriləcək. Mükafatlandırma mərasimi oktyabr ayının sonlarında təşkil olunacaq.

Nihadə Eyyubova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi